Erməni İşəgötürənlər İttifaqının rəhbəri Qaqik Makaryan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana satmağa hazırdır, “lakin çox baha qiymətə”.
Oxu.Az lragir.am-a istinadən xəbər verir ki, Ermənistanda bu mövqedən təkcə Qaqik Makaryan çıxış etmir.
Bu ölkədə tez-tez insan kimi yaşamaq üçün Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq barədə çağırışlar eşitmək olar, sayt yazır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, həlledilməmiş olaraq qalır.
Münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20%-i – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon indiyədək işğal altındadır. BMT TŞ-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə indiyədək yerinə yetirilməyib.