Erməni deputatlar yenə Bakıya gələcəklər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Aykakan Jamanak” qəzeti erməni deputatların AŞPA Parlament Assambleyasının iyulun 2-də Bakıda keçiriləcək seminarına qatılacaqlarını yazır. Ermənistan nümayəndə heyətinin tərkibinə Artaşes Qeqamyan (nümayəndə heyətinin rəhbəri), Stepan Dəmirçiyan və Stepan Marqaryan daxildir.
Xatırladaq ki, bir neçə gün erməni deputatlar Bakıda keçirilən NATO Parlament Assambleyasında iştirak etmişdilər.
Ermənilərin Bakıdakı seminarda iştirakı qalmaqallarla müşayiət olunmuşdu.