Ermənistan Gömrük İttifaqına qoşulacağı təqdirdə, həmin gömrük rejimi mexaniki olaraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nı da əhatə edəcək.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinə Ermənistanın hakim Respublikaçılar Partiyasından olan parlament fraksiyasının rəhbəri və partiyanın sədr müavini Qalust Saakyan açıqlama verib.
O bildirib ki, Ermənistan və “DQR” arasında gömrüyə dair bənd olmadığından, Gömrük İttifaqına daxil olduqdan sonra həmin rejim qüvvəyə minə bilər:
“Qarabağ Ermənistanla həmsərhəd ərazidir. Hazırda ora mallar necə ixrac olunursa, bu, Ermənistanın Gömrük İttifaqına girməsindən sonra da davam etdiriləcək”.