Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən çəkindiyi üçün mina xəritələrini əvvəlcədən qaytarıb
Beynəlxalq Ədalət Məhkəməsinin bu gün elan edilmiş qərarları arasında Azərbaycanın iddiası üzrə Ermənistanın mina xəritələrini qaytarması ilə bağlı qərarı yoxdur.
Oxu.Az-ın xəbərinə görə, bunun səbəbi bir neçə gün əvvəl Ermənistanın qalan ərazilərlə bağlı xəritələri Azərbaycana verməsidir.
Ermənistan məhz məhkəmənin qərarından çəkindiyi üçün xəritələri əvvəlcədən qaytarıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib