Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub
17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə Azərbaycan Respublikası, Gürcüstan və Ermənistan Respublikası arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib.
Oxu.Az bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, ilk növbədə, görüşdə iştirak edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.
Görüşün məqsədinin regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirmək olduğu vurğulanıb:
"Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.
Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər".
Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının müavinlərinin görüşü başlayıb.
Oxu.Az bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, danışıqlarda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanı xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edir.
Görüş çərçivəsində üçtərəfli əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.
"Region ölkələri bir sıra məsələlər üzrə vahid yanaşmalar inkişaf etdirməlidir. Məhz bu istiqamətlər bugünkü görüşdə əsas olacaq", - deyə mətbuat xidməti Darsaliyanın sözlərini təqdim edib.
Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri aprelin 17-də Tbilisidə görüş keçirəcəklər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-in Mətbuat Xidməti xəbər yayıb.
Qeyd olunub ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan etmişdi ki, Ermənistan və Azərbaycan regionda sülh və sabitliyin təşviqində Gürcüstana güvənə bilərlər. O, Tbilisinin regionda dialoq və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təqdim edəcəyinə əmin etmişdi.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Kürdən Aytacla yanaşı daha iki nəfərin MEYİTİ TAPILDI
- Gürcüstanın sabiq müdafiə naziri həbs olundu
- Gürcüstanın İrəvandakı səfirliyində etiraz aksiyası: Binaya gedən yol bağlandı
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Gürcüstanda hansı qaydalar sərtləşdirilir? - Əcnəbilərin işi çətinləşir