Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda minalanmış sahələr barədə məlumatların yer aldığı səkkiz yeni jurnalın müəyyən edildiyini bildirib.
Ermənistan mətbuatının yazdığına görə, yaxın günlərdə onlar işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə veriləcək.
Həmçinin, İrəvan surətləri beynəlxalq tərəfdaşlara təhvil verəcək.
Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyan minalanmış sahələrə dair yeni məlumatların ötürülməsi imkanlarından danışıb.
Ermənistan MTX: Yeni mina xəritələri Azərbaycana veriləcək - VİDEO