Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
40-a yaxın azərbaycanlı tələbə Moldova aeroportunda saxlanıldı. Rəsmi Bakı məsələyə münasibət bildirdi.
Ermənistan parlamentində gərginlik. Nikol Paşinyan spiker Alen Simonyana əsəbiləşdi, iclas gec başladı.
Kiberpolis azyaşlılara aid pornoqrafik videolar satan şəxsləri saxlayıb. Daxili İşlər Nazirliyi əməliyyatın təfərrüatını açıqladı.
Cəlilabadda 9 il əvvəl itkin düşən qadının qətlə yetirildiyi üzə çıxdı. Baş Prokurorluq cinayət işi ilə bağlı açıqlama verdi.
Maştağada su kanalında balıqların kütləvi ölümü baş verdi. Canlıların tələf olmasına səbəb nə olub?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: