Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır
Ermənistan hökuməti Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan və ötən əsrin 90-cı illərinin əvvəllərində işğal olunmuş Kərki eksklavını Azərbaycana qaytarmağa hazırlaşır.
Erməni mənbələrinin məlumatına görə, bu kənd Qarabağdan köçən ermənilərin məskunlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına daxil edilməyib.
Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Qarabağdan ermənilərin köçürülməsi üçün Azərbaycanla həmsərhəd kəndlər də daxil olmaqla 390 yaşayış məntəqəsi müəyyən edilib. Orada məskunlaşmaq istəyənlərə hər ailə üzvü üçün 10-12 min dollar məbləğində mənzil sertifikatı veriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Qayane Karaqezyan ermənilərin özlərinin "Tiqranaşen" adlandırdıqları Kərkinin siyahıdan çıxarılmasını şərh edərkən bəyan edib ki, "ola bilsin, Qarabağ ermənilərinin bu qəsəbəyə köçürülməsi prioritet məsələ deyil".
Mənbə: Ermənistan KİV
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- XİN rəhbəri: "İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır"
- Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
- Koçaryan və Sarqsyan həbs ediləcəklər?
- Erməni deputat: "Azərbaycanla şərti sərhəddə böyük həcmdə istehkam işləri aparılıb"
- Mirzoyan: "Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq göstərir"