Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ermənistanın müdafiə naziri sərhəddə atışma barədə: "Məsələ diplomatik yolla həll edilməlidir"
"Sərhəddə atışma məsələsi diplomatik yollarla həll edilməlidir".
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı müdafiə naziri Suren Papikyan deyib.
O bildirib ki, bir gün əvvəl o, sərhədyanı ərazilərdə lentə alınan videogörüntülərə baxıb.
"Məhz bununla əlaqədar Müdafiə Nazirliyi bəyanat yayıb ki, bəzən sərhəddə atəş səsləri qeydə alınır, lakin bu, Ermənistan istiqamətində deyil", - Papikyan bildirib.
Onun sözlərinə görə, bu atəşlərin təhlükə yaratmadığını nəzərə alaraq, idarə bu barədə məlumat vermir.
"Bizim fikrimizcə, bu vəziyyəti diplomatik yollarla həll etmək olar. Biz məsələnin həllini belə görürük", - müdafiə naziri vurğulayıb.
"Ermənistan MN" teqi üzrə xəbərlər
- Erməni əsgərin ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb
- Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
- Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib
- Ermənistan Müdafiə Nazirliyi ABŞ-dən məsləhət aldığını açıqlayıb
- Qaluzin: "Ermənistan MN və XİN xətti üzrə Rusiya ilə təmaslardan yayınmağa başlayıb"