Azərbaycana səfər edən Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin adları məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün səhər Bakıya gələn Ermənistan nümayəndə heyətinin tərkibinə İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Azərbaycan paytaxtına səfər edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.