Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycanın bu ölkədəki səfiri Tofiq Zülfüqarovu respublika qarşısında xidmətlərinə görə birinci dərəcəli “Mariya toprağının Xaç ordeni” ilə mükafatlandırıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, müvafiq məlumat Estoniya prezidentinin rəsmi saytında yerləşdirilib.
T.Zülfüqarov 2007-ci ildən Azərbaycanın Estoniyadakı diplomatik missiyasının rəhbəridir.
“Mariya toprağının Xaç ordeni” Estoniyanın dövlət mükafatıdır.