Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfir P. Mönye diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir E. Məmmədyarov P. Mönyeyə gələcək fəaliyyətində uğurlar arzu edib.