İran rəhbərliyi Ermənistanla daha sıx əməkdaşlığa çağırış edirlər.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, İranın birinci vitse-prezidenti Eşaq Cahangiri Tehran və İrəvan arasında bütün istiqamətlər üzrə daha sıx əməkdaşlığa çağırır.
Ermənistanın baş naziri Tiqran Sarkisyana məktubunda İranın vitse-prezidenti Tehran və İrəvan arasında siyasi, iqtisadi və mədəni münasibətləri daha da genişləndirməyə çağırıb.
O həmçinin qeyd edib ki, İran və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafı regionda və bütün dünyada sülhün irəliləməsinə dəstək göstərəcək.
İran hökumətinin nümayəndəsi həmçinin Ermənistan Respublikasının müstəqilliyinin 22-ci ildönümü münasibətilə erməni xalqının təbrik edib.