"Yüksəliş" müsabiqəsinin son beş ilinin nəticəsi olaraq ölkədə kadrların ehtiyatı bankı yaradılır".
Oxu.Az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin insan kapitalı siyasətinin əsaslarından birinə çevrilib.
"Bu kadrların ehtiyat bankı dövlət qurumları və özəl şirkətlər üçün açıqdır. Onların xüsusi insan resursları üzrə mütəxəssisləri müraciət əsasında həmin şəxsləri işə dəvət edirlər", - deyə o qeyd edib.
Məhərrəm Əliyev