"Bir sıra problemlər səbəbindən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya baş verməyib".
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə heyətinin sədri Fərid Şəfiyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusundakı tədbirdə deyib.
O bildirib ki, Azərbaycan son illər bir sıra beynəlxalq təşkilatlarla iş aparır:
"Biz çalışırıq ki, beynəlxalq təşkilatlarda varlığımızı sübut edək. İƏT-in müəyyən potensialı var. Həm siyasi, həm də iqtisadi problemlər nəticəsində bu təşkilata inteqrasiya baş tutmayıb. Lakin çalışmalıyıq ki, hər hansı platformanı kənarda qoymayaq".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif