Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
FETÖ ilə əlaqələri olduğu bildirilən Qubad İbadoğlu ilə bağlı MARAQLI FAKT + VİDEO
Bir neçə gün əvvəl həbs edilən iqtisadçı Qubad İbadoğlunun FETÖ ilə əlaqələrinin olduğu iddia edilib.
Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Bu əməliyyat tədbirləri çərçivəsində saxlanılan beş nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb, Q.İbadoğlu saxlanılıb və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-nin Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə hallanıb. 2015-2016-cı illərdə Dyuk Universitetində, 2018-2021-ci illərdə isə Ratqers Universitetində işləyib.
Onu da qeyd edək ki, 2019-cu ilin iyulun 23-də “Fetogercekleri.com” saytında dərc olunmuş “ABŞ professorlarından FETÖ manipulyasiyası - FETÖ gerçekleri” başlıqlı məqalədə “15 iyul çevriliş cəhdi”ndən sonra 50 professorun hüquq-mühafizə orqanlarının xaric edilmiş əməkdaşlarına dəstək məktubu yayımlanıb. Dəstək məktublarının müəllifləri siyahısında Şimali Karolina Universitetinin professoru Cozef Kunsun və Ratqers Universitetinin professorları Kolin Çin və Ron Klarkın da adları var.
Bundan başqa, “Habertürk” televiziya kanalında 2020-ci ilin 9 sentyabrında yayımlanan “Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı” adlı xəbərdə terror təşkilatının Ankaradakı “Kaan” təxəllüslü gizli imamının da Şimali Karolina Universitetində işlədiyi qeyd olunub.
Həmçinin, Türkiyə mediası FETÖ-yə bağlı olan professor Abdullah Anteplinin də Dyuk Universitetində işlədiyini yazıb.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb