Avqust ayının 8-də Azərbaycanda əsirlikdə ölən Ermənistan vətəndaşı Karen Petrosyanın ölüm xəbəri Fransanı sarsıdıb.
Oxu.Az Novostnik.ru-ya istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in saytında jurnalistlərin suallarını cavablandıran, ölkənin xarici siyasət idarəsinin mətbuat katibi Romen Nadal bildirib.
O, Karen Petrosyanın ailəsinə başsağlığı verib və Azərbaycan hakimiyyətini dərhal erməni tərəfə onun cəsədini verməyə və onun ölüm səbəblərini aydınlaşdırmağa çağırıb.
Qeyd edək ki, avqustun 7-də Azərbaycan Müdafiə Nazirliyi 4 nəfərdən ibarət təxribat qrupunun məhv edilməsi, onlardan biri Karen Petrosyanın isə əsir götürülməsi barədə bəyanat vermişdi. Amma bir gün sonra təxribatçı kəskin ürək çatışmazlığından vəfat edib.