Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələr COP29-a dəvət olunublar
"Bugünkü qurultay müstəqillik hərəkatlarının tarixində ilk dəfə keçirilir. Bakı Təşəbbüs Qrupu olaraq müstəqillik hərəkatlarının istəkləri ilə təşəbbüs göstərərək bu qurultayı təşkil etdik".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
Onun sözlərinə görə, artıq paytaxtımız müstəmləkəçiliklə mübarizə mərkəzinə, beynəlxalq platformaya çevrilib:
"Biz Fransada həbs edilən Yeni Kaledoniyadakı müstəqillik tərəfdarlarına, siyasi məhbuslara maddi yardımlar ayıracağıq. Digər ölkələrdə də biz yalnız siyasi müstəvidə deyil, ətraf mühit istiqamətlərində, sosial sahədə də müstəqillik hərəkatları və siyasi partiyalarla sıx əməkdaşlıq edirik. Bu istiqamətlərin biri də təhsildir. Biz Azərbaycan ali təhsil müəssisələri ilə bu ölkələrdən olan gənclərə xüsusi təqaüdlər ayıracağıq".
"Onu da qeyd edim ki, artıq ilkin müzakirələr başlayıb və biz Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələri də Bakıda keçiriləcək COP29 sammitinə dəvət etmişik. Həmin ərazilərdə ciddi ekoloji ətraf mühit problemləri mövcuddur. Bu problemlərin hamısı Bakıda keçiriləcək COP29 tədbirində işıqlandırılacaq", - deyə BTQ-nin icraçı direktoru fikrini yekunlaşdırıb.
Aqil Vəlili
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Azərbaycanın ada dövlətlərinə dəstəyi neokolonialistlərin kimyasını pozdu - "Kaspi"nin TƏHLİLİ
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
- Prezident: "Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi çox sayda vətəndaşı qətlə yetirib"
- Fransa müstəmləkəçiliyinin ifşası: Prosesə BMT də qoşulur