Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fuad Hüseynəliyev: "Paşinyan sülh sazişini tezləşdirmək istəyir"
"Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı son etirazlardan çəkinərək Azərbaycanla sülh sazişinin imzalanmasını tezləşdirmək istəyir".
Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "ARB24" telekanalının efirində deyib.
Onun sözlərinə görə, N.Paşinyan "Ermənistan hökuməti yalnız xalq istəsə, istefaya gedə bilər" mesajı ilə bildirir ki, küçələrə axışan insanlar heç də xalqın çox hissəsini təşkil etmir:
"Çoxluq yenə də Paşinyan hökumətini dəstəkləyir və onun hakimiyyətdən getməsini istəmir. Sosial şəbəkələrdən də izləmək olar ki, Paşinyanın tərəfdarları həqiqətən də çoxdur. Paşinyan demək istəyir ki, istefa çağırışlarından xəbəri var, amma onlara əhəmiyyət vermir. O qeyd edir ki, parlamentdə olanda belə müxalifət nümayəndələri onu istefaya səsləmədilər. Yəni deyir ki, parlament, hətta müxalifətdən olan deputatlar da onun istefasını istəmirlər. Kənarda qalanlar isə onun üçün maraqlı deyil. Yəni onlar artıq erməni cəmiyyətini təmsil etmirlər. Yəqin ki, Paşinyan seçkiləri nəzərdə tutur, amma seçkilərə hələ çox var".
F.Hüseynəliyev qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanarsa və tezliklə kommunikasiya xətləri açılarsa, bu, etirazçıların etiraz etmək səbəbini də əllərindən alacaq.
"Sülh sazişi bağlanarsa, bunu bütün güc mərkəzləri, o cümlədən ABŞ, Avropa və Rusiya da dəstəkləyəcək. İnanmıram ki, dünyada hansısa bir güc mərkəzi bu addımı dəstəkləməz. Azərbaycanla sülh əldə edildikdən sonra Ermənistanın Türkiyə ilə də münasibətləri tez bir zamanda düzələcək. Bununla da Ermənistan cəmiyyəti üçün yeni iqtisadi pəncərələr açılacaq", - F.Hüseynəliyev əlavə edib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan etiraf dolu video paylaşdı - Xəbərlərin 20:00 buraxılışı
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"