"Zəngəzur dəhlizi, "Tramp marşrutu" razılaşdırılıb və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi başlayıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuat Oktay jurnalistlərə açıqlayıb.
"Ermənistan Azərbaycandan neft məhsulları alır və bu istər-istəməz Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasına gətirib çıxarır" , - Fuat Oktay bildirib.
Qeyd edək ki, Fuad Oktay Azərbaycana səfəri başlayıb.