Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Füzulidə daha 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 22 ailə olmaqla, 94 nəfər Füzuli sakini bu gün doğma yurduna qovuşub. Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələr Füzulidə böyük coşqu ilə qarşılanıblar. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Sonra evlərin açarlarının təqdim edilməsi mərasimi olub. Mərasimdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 380 ailə olmaqla, 1392 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
14:29
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
“Report” xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.
07:49
Füzuli şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb.
Oxu.Az-ın məlumatına görə, bu gün Füzuli şəhərinə daha 22 ailə (94 nəfər) köçürülür.
06:39
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə (94 nəfər) köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub
- Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edildi
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır