Bakının “Azadlıq” meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir:
“Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.
Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də “Azadlıq” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb.