Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycana rəsmi səfəri başlayıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Sabah isə Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
V.Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.