Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Giorgi Kvirikaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır
Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkədə rəsmi səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Oxu.Az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluq münasibətlərindən danışıb.
O bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlıq yeni müstəvidə inkişaf edir. Milli Məclisin sədri əlaqələrimizin daha da möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət daşıdığını vurğulayıb. O, bu səfərin də əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycana səfərindən məmnun olduğunu deyən Giorgi Kvirikaşvili dost ölkələrimizin yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb. “Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır”, - deyən Baş nazirin müavini ölkəsinin əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisdə kadr dəyişikliyi olub
- Deputatdan həmkarına dəstək: "Boşanmış biri normal məsləhət VERƏ BİLMƏZ"
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI