Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Nəqliyyatçı” mini futbol komandası 18-ci dəfə keçirilən Dövlət qulluqçularının turnirində çempion oldu.
Oxu.Az xəbər verir ki, “Nəqliyyatçı” komandası bu gün Milli Aviasiya Akademiyasının komandasını 2:0 hesabı ilə məğlub edərək çempion olub.
Olimpiya çempionu və turnirin baş hakimi Namiq Abdullayev və Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Əliyev komandanı təbrik edərək hədiyyə və diplom təqdim ediblər.
E.Ə.
www.oxu.az