Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad: Əməli ilə sözü bir olan Azərbaycan](https://images.oxu.az/2025/02/13/vXH8AUqIrYgPrhVtZgvYYA6uDqwE2Tp7XueVXMQA:1200.jpg)
Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad: Əməli ilə sözü bir olan Azərbaycan
"Azərbaycan çoxşaxəli xarici siyasət kursu həyata keçirir. Prezident İlham Əliyevin bu ilin yanvar ayında Dünya İqtisadi Forumunun 55-ci iclası çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi dövlətimizin müstəqil siyasətinin qazandırdığı uğurların təqdimatı oldu. Dövlət başçısı çoxqütblü dünyada Azərbaycanın hazırkı mövqeyindən bəhs edərək bildirdi ki, ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirilib. Azərbaycan aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub. Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, dövlət öz maraqlarını müdafiə edə bilər".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, ölkəmizin COP29-a ev sahibliyi beynəlxalq münasibətlər sistemində müstəsna yerinin və rolunun nümayişi oldu:
"197 ölkədən 80 dövlət və hökumət başçısının bu tədbirdə iştirakı Azərbaycana beynəlxalq dəstəyin hansı səviyyədə olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, ölkəmiz qlobal problemlərin həllində qlobal birliyə çağırışını atdığı real addımları ilə nümayiş etdirir. Daim xalqlar və dövlətlər arasında əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edən Azərbaycanın bütün qitələrdə dostlarının sayı artır, ənənəvi tərəfdaşlarla münasibətləri daha da inkişaf edir".
"Prezident İlham Əliyev sözügedən müsahibəsində Çinlə, həmçinin Avropa İttifaqının 10 üzvü ilə imzalanan strateji tərəfdaşlıq sənədlərindən də bəhs etdi. Ölkə başçısı vurğuladı ki, Türkiyə və Özbəkistan ilə də müttəfiqlik Bəyannaməsi imzalanıb. Şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycanın dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitini qoruması bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirib:
"Ayrı-ayrı dövlətlərlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi hər iki tərəfin maraqlarına xidmət edir. Prezident İlham Əliyevin çağırışlarında bu mühüm məqam da xüsusi yer tutur ki, kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Ölkəmiz qlobal xarici siyasət həyata keçirərək müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyini, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir", - deyə deputat əlavə edib.
Mərahim Nəsib
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Rüfət Mahmuda yüksək vəzifə verdi
- Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi
- Samir Şərifov dörd ölkə ilə iqtisadi əlaqələri tənzimləyəcək
- Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq
- Çinlə enerji əlaqələrinin inkişafı Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda rolunu gücləndirir