Bu gün keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi başlayıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Gülər Əhmədova məhkəmədə bəyanat verib.
O bildirib ki, ABŞ və ATƏT onu cinayətkar adlandırıb:
“Məhkəmə olmadan onların məni cinayətkar adlandırmağa nə haqqı var? Cəmil Həsənli məni 9 milyonluq xalqın qarşısında biabır edib, “mandat alverçisi” adlandırıb. Tələb edirəm ki, növbəti məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil Həsənli iştirak etsinlər”.
Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.