Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gürcüstan parlamentinin sədri: "COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün mühüm tarixi hadisədir"
"COP29 kimi beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün mühüm tarixi hadisədir".
Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O, Azərbaycanın beynəlxalq tədbirləri təşkil etmək sahəsindəki təcrübəsinin əhəmiyyətini vurğulayıb:
"Bu, eyni zamanda Azərbaycanın dünya miqyasında yüksək nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla keçirməsini arzulayıram. Bakıda olduğum zaman müxtəlif məkanlarda bu böyük tədbir üçün hazırlıq işlərinin necə getdiyini müşahidə etdim. Ona görə də əminəm ki, bu konfrans ən yüksək standartlara uyğun keçiriləcək və tarixə düşəcək".
Ş.Papuaşvili Azərbaycana müvəffəqiyyətlər arzulayaraq bu cür tədbirlərin ölkənin beynəlxalq müstəvidəki rolunu daha da gücləndirəcəyini söyləyib.

"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"