Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstanın baş naziri: "Müxalifətin seçki kampaniyasını xaricilər aparırlar"
Hakim "Gürcü Arzusu" partiyası müxalifətlə televiziya debatlarına hazırdır, lakin hakimiyyət opponentlərinin cəmiyyətə deməyə heç nəyi yoxdur, onların əvəzinə seçki kampaniyasını xaricilər aparır.
Oxu.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
Antikorrupsiya Bürosunun monitorinqinə əsasən, Gürcüstanda partiyalar öz maliyyələşmələri barədə məlumatı tam və ya qismən açıqlamırlar. Həmçinin müxalifət partiyalarının seçki kampaniyaları və fəaliyyətləri xarici donor təşkilatlar və ya digər mənbələr tərəfindən maliyyələşdirilə bilər ki, onlar da öz növbəsində bu siyasi partiyalarla əlaqəli QHT-lərə vəsait ödəyirlər.
"Televiziya debatları mənim üçün problem deyil, bunda heç bir çətinlik yoxdur, müxalifətin cəmiyyətə deyəcək heç nəyi yoxdur. Onların əvəzinə kampaniyanı xaricilər aparırlar?! Məgər onların debatlara vaxtı var?!" - deyə Kobaxidze bildirib.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstanın yeni prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzaladı
- Fransada Zurabişvili prezident sarayını tərk edərkən qəribə detala diqqət yetirdilər
- Gürcüstan prezidenti administrasiyaya yeni rəhbər təyin etdi
- Gürcüstanın altıncı prezidenti and içdi
- Zurabişvili prezident sarayını tərk edəcəyini açıqladı