Gürcüstanın Daxili işlər naziri Georgi Mqebrişvilinin noyabrın 26-da başlayan Azərbaycan səfərinin gedişatında Bakı və Tbilisi ikitərəfli əməkdaşlığının möhkəmləndirilməsini müzakirə edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstanın Bakıdakı səfirliyindən bildiriblər.
Səfər zamanı Gürcüstan DİN rəhbəri Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə iki ölkənin əməkdaşlığının gələcəkdə möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.