Türkiyənin "Haber Global" telekanalı İstanbulun Florya sahillərində Azərbaycan və Türkiyə bayraqlı tankerlərin toqquşması ilə əlaqədar hadisə yerindən videoreportaj hazırlayıb.
Oxu.Az xəbər verir ki, telekanal hadisə yerindən ətraflı məlumat verib. Bildirilir ki, həyəcan siqnalının ardınca xilasetmə gəmiləri əraziyə göndərilib.
"Haber Global" Azərbaycan və Türkiyə bayraqlı tankerlərin toqquşduğu ərazidə: Nə baş verib?
Hazırda hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Məlumata görə, hadisə zamanı gəmidə yük olmayıb.