Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Haber Global" Azərbaycanın COP29-a hazırlıqları barədə: "Koordinasiyalı şəkildə iş gedir"
"Azərbaycanın paytaxtı Bakıda, ölkə tarixində ən böyük beynəlxalq tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ərazidə müvəqqəti modul tipli tikililər və çadırlar qurulur".
Oxu.Az-ın xəbərinə görə, bu sözlər "Haber Global"da Azərbaycanda COP29 hazırlıqları ilə bağlı dərc olunan yazıda deyilir.
Yazıda bildirilir ki, COP29-un keçiriləcəyi əsas ərazi kimi müəyyən edilən Bakı Olimpiya Stadionunun daxilində və ətrafında tədbirin konfrans və iclaslarının keçiriləcəyi müvəqqəti zonalar tikilir.
"Tikinti sahələri iki hissədən ibarətdir. Mavi zona olaraq xarakterizə edilən və COP29 dövründə BMT-nin səlahiyyətində olacaq 49 hektarlıq ərazidə ümumilikdə 110 min kvadratmetr modul tipli tikililər və çadırlar yerləşəcək.
Bakı Olimpiya Stadionunun ot örtüyü sökülərək yerində əsas görüşlərin keçiriləcəyi çadırlar qurulub.
Yaşıl zona kimi xarakterizə edilən və Azərbaycanın səlahiyyətində olacaq 8 hektar ərazidə isə ümumilikdə 36 min kvadratmetr tikililər inşa edilir.
Suya, küləyə, yanğına və 8 bal gücündə zəlzələyə davamlı tikililərdən ibarət olan ərazidə işlərin oktyabrın 15-də başa çatdırılması planlaşdırılır.
Həm 1994-cü ildəki BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, həm də bu saziş çərçivəsində iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması, adaptasiyası və maliyyələşdirilməsi ilə bağlı 2015-ci ildə imzalanmış və 2016-cı ildə qüvvəyə minmiş Paris Sazişinin maddələrinin həyata keçirilməsi ilə bağlı qərarların qəbul edildiyi bir proses olan COP29 BMT tərəfindən yaradılan katiblik tərəfindən idarə olunur. Hər il bu danışıqlara bir ölkə ev sahibliyi edir. Bu il danışıqların koordinasiyası və COP29-a sədrlik üçün Azərbaycan seçilib", - deyə yazıda qeyd edilir.
"Azərbaycanın dövlət qurumları, şirkətləri və qeyri-hökumət təşkilatları ölkənin 11-22 noyabr tarixlərində ev sahibliyi edəcəyi COP29-un uğurla həyata keçirilməsi üçün koordinasiyalı şəkildə fəaliyyət göstərir.
COP29-da ümumilikdə 80 minə yaxın, bir gündə isə təxminən 40 min qonağı qəbul etməyə hazırlaşan Azərbaycan bir vaxtlar münaqişədə olduğu Ermənistan da daxil olmaqla, bütün ölkələrə dəvət göndərib. 50-dən çox dövlət və hökumət başçısı COP 29-da iştirak edəcəklərini təsdiqləyiblər, lakin bu sayın artacağı gözlənilir", - deyə nəzərə çatdırılıb.
"COP29" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"
- "COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
- Yalçın Rəfiyev: "Həll olunmamış məsələlər üzərində iş davam edir"