Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Haber Global": "Dünya sürətlə yaşıl enerjiyə keçməyə çalışır"
Enerji istehsalında qazıntı yanacaqların istifadəsi nəticəsində yaranan karbon emissiyaları qlobal istiləşməyə səbəb olur.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının Bakıda keçirilən COP29 İqlim Konfransına həsr olunmuş süjetində deyilir.
"Dünya sürətlə yaşıl enerjiyə keçməyə çalışır. Bu keçid baha başa gəlsə də, ekspertlərin fikrincə, qlobal istiləşmənin vurduğu zərərin dəyəri daha çoxdur. Bu məsələlər, eləcə də yaşıl enerji layihələri Azərbaycanın paytaxtı Bakıda davam edən BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransında müzakirə edilir", - deyə videomaterialda qeyd olunur.
Süjetdə bir sıra ekspertlərin yaşıl enerji keçidi ilə bağlı fikirləri yer alır.
Daha ətraflı "Haber Global"ın materialında:

"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"