Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Haber Global": "Qəzza bəhanəsi ilə "SOCAR Türkiye"yə hücum"
"Bu hadisə cəmiyyətdə heç bir legitimliyi olmayan qrup tərəfindən ictimai fikri yanıltmağa yönəlmiş tədbir olaraq qalacaq".
Bu barədə "Haber Global" kanalında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə ofisinə hücumun müzakirə olunduğu proqramda bildirilib.
Müzakirələrdə Taksimdə keçirilən aksiyalar xatırlanılıb. Bildirilib ki, həmin tədbirin də Qəzza üçün keçirildiyi deyilsə də, sonradan iştirakçılardan bəzilərinin terroru dəstəkləyənlərdən olduğu üzə çıxmışdı.
Altınbaş Universitetinin professoru Eray Güçlüer "SOCAR Türkiye"yə hücum edən qrupun üzvlərinin aksiyalarla Türkiyə xalqını aldada bilməyəcəklərini vurğulayıb.
"Türkmedya"nın nümayəndəsi Melik Yigitel isə bu aksiyanın əsas iki hədəfi olduğunu vurğulayıb:
"Birinci məqsəd Türkiyə ilə Azərbaycanın arasını vurmaq, iki qardaş arasına nifaq toxumu səpməkdir. İkinci ən önəmli məsələ bir dünya brendi olan SOCAR-ın adına ləkə gətirməkdir".
Onun sözlərinə görə, bunun arxasında enerji lobbiləri dayanıb.
Ətraflı süjetdə: