Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Haber Global": "Quterreş Bakıdan dünyaya səsləndi"
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bütün tərəfləri iqlim hədəfləri istiqamətində addımlar atmağa çağırıb.
Oxu.Az xəbər verir ki, "Haber Global" Quterreşin Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) çıxışını işıqlandırıb.
Çıxışına Braziliyada keçirilən G20 Sammitindən qayıtdığını bildirməklə başlayan Quterreş burada COP29-un müzakirə edildiyini bildirib.
Quterreş G20 liderlərinə COP29-da "yeni və iddialı" iqlim maliyyəsi hədəfinin təmin edilməsinə çağırdığını xatırladıb.
COP-da ortaq bir nöqtə üzərində çalışıldığını bildirən Quterreş, "Razılaşma üçün impuls görürəm. Digər tərəfdən ciddi fikir ayrılıqları da var", - deyə bildirib.
O, Bakıda yeni "iqlim maliyyəsi" hədəfi üzrə razılaşmanın zəruri olduğunu xatırladıb.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"