Türkiyənin "Haber Global" telekanalının efirində son günlərdə Rusiyada azərbaycanlılara qarşı edilən hücumlar müzakirə olunub.
Oxu.Az xəbər verir ki, müzakirədə iştirak edən ekspertlər bu hücumların təsadüfi olmadığı qənaətinə gəliblər.
Bildirilib ki, əslən azərbaycanlı olan Rusiya vətəndaşlarının evinə edilən basqının təxminən 20 il öncəki cinayətlərə görə baş verməsi inandırıcı deyil. Ehtimal ki, Yekaterinburqdakı hadisələr ötən ilin sonlarında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra korlanan Moskva-Bakı münasibətləri ilə bağlıdır.
Ekspertlərin sözlərinə görə, hər iki hadisə zamanı Kreml həqiqəti dilə gətirmək əvəzinə yalanlar uydurmağı seçib və bu da Azərbaycanda haqlı narazılığa səbəb olub.
Daha ətraflı "Haber Global"ın videomaterialında: