Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin 06 oktyabrda keçiriləcək növbəti görüş- mitinqi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə olunan müraciətə adı çəkilən qurum cavab verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən daxil olan məlumata görə bildirilir ki, İcra Hakimiyyəti nəzərdə tutulan görüşün 05 oktyabrda keçirilməsini təklif edib və bununla bağlı təşkilatçılardan müvafiq məktub göndərilməsini istəyib.
Təklif müəllifləri fikirlərini onunla əsaslandırıblar ki, həmin gün başqa namizədlərin də görüşü var:
“Amma ekspertlər hesab edir ki, hakimiyyət özünün əsas rəqibinin görüşünün izdihamlı keçməsinin qarşısını almaq üçün bu taktikadan istifadə edir. Belə ki, digər günlərlə müqayisə də istirahət günü olduğundan bazar günü görüş- mitinqə daha çox insanların gəlmə imkanları var”.
Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahı Bakı şəhər icra Hakimiyyətinin təklifini qəbul etməyib. Prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüş- mitinqi “Professor Cəmil Həsənliyə səs verin!”, “Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcək görüşdə 10 (on) mindən artıq şəxsin iştirakı gözlənilir.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin