Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi qaydası təsdiqlənib
Nazirlər Kabineti "Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası"nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılmasını aşağıdakı qurumlar həyata keçirəcək:
- dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə - Müdafiə Nazirliyi;
- mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi;
- mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə - Dövlət Mülki Aviasiya Agentliyi, dövlət eksperimental aviasiyasına aid hava gəmiləri üzrə - Müdafiə Nazirliyi.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
- Azərbaycan nümayəndə heyəti "Rusiya-İslam dünyası: Kazan Forum-2025" forumunda iştirak edib
- Pensiyalarla bağlı təklif üçüncü oxunuşdan keçdi
- Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib
- Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi