Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib
Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və "Dəniz Mall"un dəstəyi ilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.
Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.
Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
"Heydər Əliyev Fondu" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib
- Leyla Əliyeva və Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət ediblər
- Leyla Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım etdi