Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Heydər Məmmədov Argentinada Azərbaycanın mövqeyini uğurla təmsil edib
Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 7-9 aprel tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak edib.
Oxu.Az xəbər verir ki, iclas çərçivəsində Assosiasiyanın gələcək fəaliyyəti, yeni üzvlərin seçilməsi, Nizamnaməyə dəyişikliklər və qarşıdakı beynəlxalq tədbirlərin təşkili ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Heydər Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Baş prokuroru, BPA-nın vitse-prezidenti Kamran Əliyevin salamlarını çatdırıb, 2023-cü ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçirilmiş 29-cu İllik Konfrans və Ümumi Yığıncağın nəticələrinə dair geniş təqdimatla çıxış edib. O qeyd edib ki, bu konfrans uzun müddət planlaşdırılan və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə uğurla reallaşan beynəlxalq tədbir olub. Baş prokurorun müavini, həmçinin təşkilatçılıqda iştirak edən dövlət qurumlarının və könüllülərin fəaliyyətini yüksək qiymətləndirib.
Səfər çərçivəsində Heydər Məmmədov BPA-nın prezidenti ilə yanaşı Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR
- Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu
- Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib
- Mövlam Şixəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
- 11 yaşlı qıza qarşı əxlaqsız edən ilahiyyatçı ilə bağlı YENİ DETALLAR