Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hikmət Hacıyev: “Azərbaycan Çinlə tərəfdaşlığı hərtərəfli inkişaf etdirməklə bağlı möhkəm qətiyyətə malikdir”
Azərbaycan Çinlə tərəfdaşlığı hərtərəfli inkişaf etdirməklə bağlı möhkəm qətiyyətə malikdir.
“Trend” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “China Global Television Network”a (CGTN) müsahibəsində deyib.
“Çin həmişə Azərbaycana dostcasına yanaşıb. Azərbaycan müstəqillik əldə etdiyi andan biz Çindən dəstək görmüşük. Azərbaycan öz uğur tarixçəsini qazandı və çinli dostlarımızın, Çin şirkətlərinin fəal iştirakı, əməkdaşlığı və tərəfdaşlığı bu uğur tarixçəsinin bir hissəsinə çevrildi. Bizim Azərbaycan-Çin tərəfdaşlığını hərtərəfli inkişaf etdirmək üçün möhkəm qətiyyətimiz var”, - deyə o bildirib.
Prezidentin köməkçisi iki ölkə arasında siyasi münasibətlərin daim ideal olduğunu əlavə edərək, bu münasibətlərdə qarşılıqlı anlaşma və dialoqun olduğunu qeyd edib.
“Xüsusən də, Azərbaycan vahid Çin siyasətini daim təsdiqləyib. İqtisadi münasibətlərə gəlincə, Azərbaycan yaşıl inkişaf və rəqəmsal transformasiyanı öz milli prioritetlərindən biri olaraq müəyyən edib. Azərbaycan, həmçinin COP29-a ev sahibliyi edəcək. “Orta Dəhliz” əlavə əhəmiyyət və mühümlük qazanır. Bütün bu sahələrdə, o cümlədən mədəniyyət sahəsi, beynəlxalq institutlarda əməkdaşlıq sahəsində Çin və Azərbaycanın baxış və yanaşmaları üst-üstə düşür. Ənənəvi əlaqələr, əməkdaşlıq və dostluğa əsaslanaraq bu əməkdaşlığın davam edəcəyini gözləyirik”, - deyə H.Hacıyev əlavə edib.