Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hikmət Hacıyev: "Bələdiyyə seçkisi azad və demokratik şəraitdə keçirilir"
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bələdiyyə seçkisində səs verib.
Hikmət Hacıyev 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.
Prezidentin köməkçisi bildirib ki, bələdiyyələr idarəçilik sisteminin vacib sütunlarındandır.
"Ölkəmizdə digər seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisi də sərbəst, azad və demokratik şəraitdə keçirilir. Vətəndaşlarımız da sərbəst şəkildə öz seçki hüquqlarından istifadə edirlər", - deyə H.Hacıyev qeyd edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs verirlər
- Hikmət Hacıyev: "İranla əlaqələrimiz yüksək səviyyədədir"
- Hikmət Hacıyev Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına münasibət bildirdi
- Hikmət Hacıyev: "Təyyarə qəzasının nəticələri ilə bağlı yaxınlarda geniş açıqlama olacaq"
- Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib