Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdaysla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında paylaşım edib.
"Bu gün Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya ticarət üzrə elçisi Lord Alderdaysla görüşməkdən məmnun oldum. Biz strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya əlaqələrimizi daha da genişləndirmək, həmçinin süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsində yaranan imkanlardan yararlanmaq yolları barədə səmərəli fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.
Glad to meet today Lord Alderdice @AlderdiceLord, UK trade envoy on Azerbaijan and Central Asia. We had a great conversation on how we can further extend our bilateral trade, business and investment relations in the spirit of strategic partnership as well as seize the… pic.twitter.com/IAIfEcLiwL
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2025