Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hikmət Hacıyev İlham Əliyevin mətbuat konfransı haqqında danışdı – VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a mətbuat konfransı haqqında danışıb.
O bildirib ki, mətbuat konfransında 50-dən artıq müxtəlif media mənsubu iştirak edib.
“Cənab prezident gərgin iş qrafikinə baxmayaraq, bu mətbuat konfransına vaxt ayırdı. Konfransda prezident 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verdi. Düşünürəm ki, bu qəbildən olan dialoqlar çox vacibdir. İlk növbədə bu, ölkəmizin həqiqətlərinin cənab prezident tərəfindən yeridilən daxili və xarici siyasətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox vacib əhəmiyyət kəsb edir”.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev İlham Əliyevin doğum günü ilə bağlı paylaşım etdi
- Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
- Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
- Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib
- Prezidentin köməkçisi: "Texnologiyanın gətirdiyi fürsətləri nəzərə alaraq inkişaf etməliyik"