Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius ilə görüşüb.
Oxu.Az xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli gündəliyin genişləndirilməsi, tərəflərin strateji prioritetləri və geniş regionda geosiyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Pleasure to meet Mr Hikmet Hajiyev, Assistant to the President of Azerbaijan & the Head of Foreign Policy.
— Kęstutis Vaškelevičius (@VaskeleviciusK) March 3, 2025
Thankful for a valuable discussion ab: enhancing🇱🇹🇦🇿 bilateral agenda; shared 🇪🇺🇦🇿 strategic priorities; geopolitical situation in wider region, & 🇦🇿 hum. support to 🇺🇦. pic.twitter.com/5XciyGn9Cm