Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə tam son qoyulmalıdır"
"Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqəli olan, keçmişin qalığı hesab edilən bu kimi institutlarla Ermənistanın fəaliyyətini davam etdirməsi siyasəti heç bir şəkildə anlaşılan deyil:
"Çünki belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar birgə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil".
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib
- Hikmət Hacıyev: "Azərbaycan özünü qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
- Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
- Hikmət Hacıyev: "Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
- Hikmət Hacıyev: "Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur"