Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Hacıyev: “Okamponun hesabatında əsassız ittihamlar var”
“Vəkil Luis Moreno Okamponun hesabatında əsassız iddialar var”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Associated Press” agentliyinə müsahibəsində deyib.
“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri ehtiva edir”, - o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan əleyhinə qərəzli hesabat hazırlayan, əvvəllər Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışmış L.M.Okampo dünyanın bədnam ad qazanmış ofşorunda bir neçə şirkəti idarə edib. Bundan başqa, Ermənistanın eks-prezidenti, Xocalı soyqırımını törədən hərbi cinayətkar Serj Sarqsyan İrəvanda onu qəbul edib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın vilayət qubernatorlarının səlahiyyətlərini azaldır
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq