Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxış edib.
Oxu.Az xəbər verir ki, Hacıyev bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, forumda Qafqaz Albaniyasının qədim krallığı və onun zəngin xristian irsi barədə danışıb. Hacıyev qeyd edib ki, bu irsin xüsusilə mühüm və davamlı izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.
At the Arab Media Forum, I spoke about the ancient Kingdom of Caucasian Albania and its rich Christian heritage, whose enduring and particularly significant footprint can be seen in Karabakh and other parts of Azerbaijan.
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 16, 2026
I highlighted Azerbaijan’s centuries-old tradition of… pic.twitter.com/EExc9oNuVF
Azərbaycanın əsrlər boyu davam edən multikulturalizm və dini birgəyaşayış ənənəsinə toxunan Hacıyev ölkənin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, zəngin mədəni və dini irsin qorunmasına, saxlanılmasına və bərpasına sadiqliyini vurğulayıb.
O həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı şəkildə dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi məsələsinə toxunaraq, tarixi həqiqətin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd edib.
Hacıyev forumda Gürcüstanın xarici işlər naziri və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və turizm naziri ilə birlikdə paneldə iştirak edib. Panelə "Euronews"un baş icraçı direktoru moderatorluq edib.