Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almatıda Qazaxıstan prezidentinin köməkçisi Erjan Kazıxanla görüşüb.
"Həmkarım və dostum, Qazaxıstan Prezidentinin köməkçisi Erjan Kazıxanla Almatıda ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı fəaliyyətimizi və Orta Dəhlizin gələcək inkişafını müzakirə etdik", - Azərbaycan Prezidentinin köməkçisi "X" (keçmiş "Twitter") sosialı şəbəkəsində yazıb.
With my colleague and friend Erzhan Kazykhan, Assistant of the President of Kazakhstan we discussed our bilateral and multilateral cooperation, our interaction within Organization of Turkic States, CICA and further development of Middle Corridor in Almaty. pic.twitter.com/Gg9VrDflLT
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 2, 2024