"Süni intellekt artıq reallığa çevrilib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vaxtilə Şuşa Qlobal Media Forumunda süni intellekt mövzusu müzakirə olunurdu:
"Həmin dövr süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığa çevrilib. Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir".